16 Sentyabr, 2016
I qrup əlillər ali təhsil haqqından azad olunur

Azərbaycanda I qrup əlillərin ali təhsil haqqının ödənişindən azad edilməsi gözlənilir. Simsar.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli bildirib. Deputat deyib ki, bu məsələyə yaxın zamanlarda parlament aparatının qanunvericilik şöbəsində baxılacaq:“İlk növbədə bunun maliyyə tutumunu hesablayacağıq.  İl ərzində təxminən 20-25 nəfər I qrup əlil ödənişli əsaslarla ali məktəblərə qəbul olunur. Ona görə də onların ödənişlərdən azad edilməsi mümkündür”.

İclasda valideynlərini itirənlərin və şəhidin ailə üzvlərinin təhsil haqqından azad olunması məsələsinə də baxılıb, parlamentin  plenar iclasına tövsiyə olunub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!