6 Sentyabr, 2016
İndoneziya parlamentinin vitse-spikeri Azərbaycana gəlir

İndoneziya parlamentinin vitse-spikeri Osman Sapna Odanq sentyabrın 8-də Azərbaycana səfər edəcək. Simsar.az bildirir ki, bu barədə Trend-ə İndoneziyanın Bakıdakı səfirliyindən məlumat verilib. Səfər zamanı vitse-spiker Azərbaycan rəsmiləri ilə, həmçinin Milli Məclisdə görüşlər keçirəcək. Tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Səfər sentyabrın 9-da başa çatacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!