6 Sentyabr, 2016
Şəhərin mərkəzində intihara cəhd

Simsar.az - ın  məlumatına görə, metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan oğlan özünü binadan atacağını deyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əlində benzin dolu butulka ilə dayanan vətəndaşın şəxsiyyəti açıqlanmayıb. Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarının səyi nəticəsində binanın damından düşürülüb. İntihara cəhd edən şəxs izahatı alınmaq üçün polisə aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!