19 May, 2011
Müxalifətdə "donqili" və nakişilik söhbəti

BAXCP Pənah Hüseyni əxlaqsızlıqda ittiham etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası keçmiş millət vəkili Pənah Hüseynin Qüdrət Həsənquliyevlə bağlı açıqlamasında səsləndirdiyi ifadələrə sərt reaksiya verib. 

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı partiyanın mətbuat xidmətinə bildirib ki, razılaşdırılmamış etiraz aksiyasına dəvət edib yarı yolda qoyduğu gənclərin həbsxanada olduqlarından zərrə qədər də utanmadan Yessentukiyə istirahətə gedən Pənah Hüseyn BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin əsaslandırılmış və əxlaq çərçivəsində ifadə olunmuş fikirlərinə əxlaqsız bir münasibət açıqlayıb. Xalqın gözünün tərəzi olduğunu və hər şeyi yaxşı gördüyünü deyən N. Orduxanlının fikrincə Azərbaycan xalqı Qüdrət Həsənquliyevin də, Pənah Hüseynin də açıqlamalarını gördü: “Pənah Hüseyn öz açıqlamasıyla sübuta yetirdi ki, o siyasətçi deyil. Açıqlamasında o cür fikirlər ssləndirmək kişiyə yaraşan hərəkət deyil. Pənah Hüseyn öz açıqlaması ilə həm də kimin tərəfindən danışdırıldığını da nümayiş etdirdi. Eyni zamanda bəlli oldu ki, onunla birlikdə Yessuntukidə istirahət edən İkram İslafil vaxtilə nə üçün Neft Şirkətinin rəhbərini geninə-boluna tərifləyirmiş”.

Qeyd edək ki, dünən mətbuata açıqlamasında P,Hüseyn BAXCP sədrini "donqili" siyasətçi, deputat və partiya sədri adlandırmışdı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!