10 Avqust, 2016
Azərbaycanda 2 tona yaxın narkotik vasitə məhv edilib

Azərbaycanda 2 tona yaxın narkotik vasitə məhv edilib. Simsar.az-ın DİN-in saytına istinadən məlumatına görə, İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ramiz Əzimovun Müşkəmir kəndindəki evlərinin həyətində kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə  kolu aşkar edilərək götürülüb. Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 230 kiloqram olan 2830 ədəd çətənə kolları aşkar edilərək məhv edilib. Gədəbəy RPŞ əməkdaşları tərəfindən şəhər ərazisindən yabanı halda bitən, ümumi çəkisi 642 kiloqram olan 454 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!