23 İyul, 2016
Fətullah Gülənin qardaşı oğlu saxlanılıb

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin qardaşı oğlu saxlanılıb. Simsar.az  "Anadolu"ya istinadən xəbər verir ki, Məhəmməd Səid Gülən (Muhammet Sait Gulen) Ankara prokurorluğunun FETÖ-nun dövlət çevrilişi cəhdinə qarşı apardığı istintaq tədbirləri çərçivəsində Ərzurumda saxlanılıb.

Məlumatda onun Ankaraya gətiriləcəyi, terror təşkilatına üzvlüklə yanaşı, 2010-cu ildə dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanın suallarını iştirakçılara ötürülməsi ilə bağlı da sorğu-suall ediləcəyi qeyd olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!