19 May, 2011
BVF prezidenti istefa verdi

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Dominik Stross-Kan gözlənilən addımı atıb. 

Simsar.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, cinsi təcavüzdə günahlandırılan Dominik Stross-Kan istefa verib. 

Xatırladaq ki, ötən həftənin şənbə günü 32 yaşlı bir qadın Manhettendəki “Sofitel” mehmanxanasında Dominik Stross-Kanın qaldığı nömrəni təmizlədiyini və bu zaman hamamdan çılpaq vəziyyətdə çıxan BVF prezidentinin onu zorladığını bildirib. Xadimə qadın baş verən olaydan sonra polis idarəsinə zəng açıb. Mehmanxanaya gələn zaman isə Dominik Stross-Kan otağında olmayıb. Polis otaqda yalnız mobil telefon və BVF prezidentinin digər əşyalarını aşkarlayıb. Yarım saat sonra isə BVF prezidenti aeroportda saxlanılıb. O, hazırda Nyu-York ştatındakı Raykers-Aylend həbsxanasında saxlanılır.
Dominik Stross-Kan bu həbsxanada məhkəmə prosesini gözləməlidir. Növbəti məhkəmə prosesi mayın 20-də keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!