23 İyul, 2016
İlham Əliyevdən Merkelə BAŞSAĞLIĞI

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə Münhendə törədilən silahlı hücum zamanı ölənlərlə əlaqədar başsağlığı verib. Simsar.az-ın AzərTAc-a istinadən xəbərinə görə, başsağlığında deyilir:

Hörmətli xanım Federal Kansler,

Münhendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!