21 İyul, 2016
Azərbaycanlı futbolçu Portuqaliya çempionatında

Rusiyada yaşayan azərbaycanlı gənc futbolçu Emin Mahmudov Avropa komandasına transfer olub. Simsar.az Lent.az- a istinadən bildirir ki, o, yay transferində Rusiyanın “Krılya Sovetov” komandasından Portuqaliyanın “Boavişta” komandasına transfer edilib.

Xatırladaq ki Emin Mahmudov Rusiyanın Saturn futbol klubunun yetirməsidir  və sonralar karyerasını “Spartak Moskva”, “Tom”, “Mordoviya” və “Krilya Sovetov” komandalarında davam etdirib. Bununla belə Rusiya gənclər milli yığmasının oyunçusu idi. Bir neçə ildir ki, Azərbaycan milli yığması da Emin Mahmudova təkliflər edir və millimizin çoxsaylı azarkeşləri də Emini millimizin sırasında görmək istəyərdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!