21 İyul, 2016
Azərbaycanlı restoran sahibinin sürücüsünü öldürənlər tutuldu

Moskvadakı “Şeş-beş” restoranlar şəbəkəsinin sahibi Qeys Məmmədovun sürücüsünün öldürülməsinə görə şübhəli bilinən 24 yaşlı gənc və onun atası saxlanılıb. Simsar.az modern.az-a istinadən xəbər verir ki, istintaqın versiyasına görə, sürücü etnik qruplaşmalar arasındakı biznes sövdələşməsinin qurbanı olub. Həmin etnik qruplaşmaya Azərbaycan və Şimali Osetiya vətəndaşlarının daxil olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, Qeys Məmmədovun sürücüsü başından güllə ilə vurulduqdan sonra ayaqlarına gir bağlayıb yataq kisəsinə salınaraq Moskva çayına atılıb. Saxlanılan ata ilə oğulun qətlin sifarişçiləri olduğu bildirilir. Ancaq onlar bu qətldə rolları olduğunu etiraf etmirlər. Ata və oğula yaxın günlərdə ittiham irəli sürüləcəyi gözlənilir.

Xatırladaq ki, Qeys Məmmədovun sürücüsünün meyiti iyulun 9-da tapılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!