20 İyul, 2016
Hacı Şahin Həsənlinin oğurlanmış "Facebook" səhifəsi bərpa edilib

İlahiyyatçı alim, "Məşədi Dadaş" məscidinin axundu hacı Şahin Həsənlinin oğurlanmış rəsmi facebook səhifəsi bərpa edilib. Simsar.az SalamNews-a istinadən bildirir ki, səhifənin bərpası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinə müraciət əsasında mümkün olub.

Qeyd edək ki, 21 iyul 2015-ci il tarixindən oğurlanmış səhifədə Azərbaycanda olan dini dözümlülük mühitinə ciddi zərbə vura biləcək təbliğat aparılır, dini zəmində qarşıdurmalara səbəb ola biləcək hərəkətlərə yol verilir və hacı Şahin Həsənlinin mövqeyini əks etdirməyən məlumatlar paylaşılırdı.

Səhifəyə hücüm edən şəxslər dini tematikaya aid digər resurslara da hücum edib və cəmiyyətimizin sabitliyinə zərbə vura biləcək hərəkətlərə yol veriblər. (https://www.facebook.com/HaciShahinHasanli/)

Bu səbəblə cinayətkarların qanunla cəzalandırılmaları və gələcəkdə dini zəmində münaqişələrin qarşısını almaq məqsədilə müvafiq dövlət qurumlarına müraciət olunub.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!