20 İyul, 2016
Bu gün "Kəpəz" və “Qarabağ” oynayır

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Simsar.az xəbər verir ki, Azərbaycanın "Kəpəz" klubu Bakıdakı "Dalğa Arena" stadionunda Avstriyanın "Admira" klubu ilə qarşılaşacaq. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan “Kəpəz”in məğlubiyyətin əvəzini çıxmaq şansı böyükdür. Matç saat 20:00-da başlayacaq. Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.

***

Çempionlar Liqasında da II təsnifat mərhələsinin cavab oyunları davam edir. Azərbaycan çempionu "Qarabağ" bu gün Lüksemburqda "Düdelanj"ın qonağı olacaq. Bakıda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə çox yaxındır.

Bu oyun da saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!