19 May, 2011
«Neftçi» və «Xəzər Lənkəran» həyacanı

«Neftçi» «Xəzər Lənkəran»ı "gümüş"dən edə bilmədi

Bu gün Azərbaycan Premyer Liqasının bəzəyi hesab olunan "Xəzər Lənkəran" - "Neftçi" oyunu baş tutacaq. Həmişə böyük azarkeş marağına səbəb olan qarşılaşmaya bu dəfə də çox sayda futbol fanatı maraq göstərəcək.
"Neftçi" artıq çempionluğunu təmin edib. "Xəzər Lənkəran" isə 2-ci yer uğrunda mübarizə aparır. Amma hər şeydən önəmli bir məqam var ki, bu oyunda hər iki komanda şərəf mübarizəsinə çıxacaq. Əzəli rəqib olan komandalar qələbə qazanmaqla həm mövsümü qələbə əhval-ruhiyyəsində bitirməyə, həm də azarkeşlərini sevindirməyə çalışacaq.
Mövsümün 6-cı və sonuncu "Böyük oyunu" Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq. Fanat.az böyük matçı canlı yayımlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!