18 İyul, 2016
Xoşqədəm bu dəfə "XƏZƏR" də axtaracaq

Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə "Xəzər" telekanalında hansı veriliş aparacağı məlum olub. Simsar.az Lent.az a istinadla bildirir ki, tanınmış aparıcı yeni iş yerində “Səni axtarıram Xoşqədəmlə” adlı verilişlə efirə qayıdacaq. Həmin verilişin anonsları artıq yayımlanmağa başlayıb.

Xatırladaq ki, X.Hidayətqızı eyni zamanda sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan "Yeni həyat" verilişinin ideya müəllifidir. Qeyd edək ki, X.Hidayətqızı bundan əvvəl ATV-də "Səni axtarıram" verilişinə aparıcılıq edib. Daha sonra isə o, ANS-də "Xoşqədəmlə axtarıram səni" və "Deməsək olmaz" verilişlərinə aparıcılıq edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!