18 İyul, 2016
Ərdoğan Belarusa gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu ayın sonunda Belarusa səfər edəcək. Simsar.az bildirir ki, bu barədə Türkiyənin Belarusdakı səfirliyindən “RİA Novosti”yə məlumat verilib. Bildirilib ki, R. T. Ərdoğanın Belarusa səfəri planlaşdırılır və səfərə hazırlıq gedir.Qeyd edək ki, Belarus Ticarət-Sənaye Palatasının saytında iyulun 29-da Minskdə R. T. Ərdoğanın iştirakı ilə Belarus-Türkiyə biznes-forumunun keçiriləcəyi ilə bağlı məlumat yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!