18 İyul, 2016
Avqustun 15 - nə kimi isti davam edəcək

“Ölkə ərazisində iqlim normasından yüksək temperaturlar ötən gündən müşahidə edilməyə başlayıb. Bu da Azərbaycana tropik isti hava kütlələrinin daxil olmasıdır. Cənubdan Ərəbistan yarımadası və Şimali Afrikadan daxil olan tropik hava kütlələri artıq ölkə ərazisində özünü göstərir və onların Azərbaycanda bir neçə gün hakim olması gözlənilir”.

Simsar.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, 4-5 gün davam edəcək istilərdən sonra Orta Asiyadan quru isti tropik hava kütlələri Azərbaycana daxil olacaq və nəticədə havanın temperaturu  3-5 enəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!