12 İyul, 2016
İlham Əliyev monteneqrolu həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib. Simsar.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında genişlənməkdə olan əlaqələr, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və firavanlıq arzulayıram".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!