12 İyul, 2016
Şəki teatrı bölgələrdə qastroldadır

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Azərbaycanın bölgələrində qastrol səfərindədir.Simsar.az xəbər verir ki, bu barədə "Report"a Şəki teatrının aktyoru, əməkdar artist Xanlar Həşimzadə məlumat verib.Onun sözlərinə görə, teatr yazıçı Əhməd Orucoğlunun "Oğru" əsəri ilə Şamaxı və Qəbələ rayonlarında çıxış edib: "Yevlax, Balakən və Qax rayonlarında da tamaşa nümayiş etdirəcəyik". Qastrol səfəri iyulun 18-dək davam edəcək. Xatırladaq ki, teatrın reperuarında sevilən tamaşalardan olan Əhməd Orucoğlunun "Oğru" əsərinə teatrın aktyoru, əməkdar artist Əbülfət Salahov quruluş verib.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, İqrar Salamov və başqaları ifa edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!