12 İyul, 2016
XİN: Ermənistan danışıqların qarşısını almağa çalışır

Ermənistan son iki ildə yürütdüyü siyasətlə münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyişin olmamasına çalışır.simsar.az Trend- ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Milli Diplomatiya Günü” münasibətilə keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində hər hansı irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verir.

H.Hacıyev bildirib ki, Ermənistan apardığı siyasətlə danışıqlar prosesində irəliləyişin qarşısını almağa çalışır: "Məsələn, Ermənistan ötən müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirib".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!