12 İyul, 2016
TQDK əlil abituriyentlərin sayını AÇIQLADI

Bu il ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək gözdən əlil və dayaq-hərəkət sistemində çatışmazlıqlar olan abituriyentlərin sayı bəlli olub. simsar.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Komissiyadan bildirilib ki, 2016/2017-ci tədris ilinin məzunları üçün keçiriləcək imtahanlar 26 əlil abituriyentin iştirakı nəzərdə tutulur.

Onlardan 6-sı I ixtisas qrupuna, 8-i II ixtisas qrupu, 12-i isə III ixtisas qrupuna sənəd verib.

Əvvəlki illərin məzunları üçün bu ilin 15 və 22 may tarixlərində ali təhsil müəssisələrinə keçirilmiş imtahanlarda 17 əlil abituriyent iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!