11 İyul, 2016
Millət vəkili Kamerunun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Kamerunun qadın nazirləri və millət vəkilləri  ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın Kamerunla əməkdaşlığın inkişafına diqqət verdiyini deyib.  Azərbaycan parlamentinin Kamerunla  dostluğun inkişafına verdiyi  önəmdən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub.  Müzakirələr zamanı millət vəkili Q. Paşayeva Kamerunun qadın nazirləri və millət vəkillərinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verib.   Millət vəkili Qənirə Paşayeva Daglıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Kamerunun qadın nazirləri və millət vəkillərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Kamerunun qadın nazirləri və millət vəkillərinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.  Kamerunun da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən  Kamerunun qadın nazirləri və millət vəkilləri iki ölkə arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandıqlarını  vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!