11 İyul, 2016
Bakı-Şamaxı yolunda dəhşətli qəza - ÖLƏNLƏR VAR

Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü və iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Simsar.az -ın Kanal S-ə (Region TV) istinadən verdiyi məlumata görə, hadisə magistral yolun 95-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Balakən rayon sakini 1 983-cü il təvəllüdlü Quliyev Hacı Cahangir oğlunun idarə etdiyi 90-HR-095 dövlət nömrə nişanlı "BMW" markalı minik avtomobili qarşı tərəfdən gələn Qobustan rayon sakini 1991-ci il təvəllüdlü Süleymanov Süleyman Kamran oğluna məxsus 01-BO-203 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı BMW-dəki sərnişinlər-sürücünün qohumu Həsənov Müşfiq Mehman oğlu, onun xalaları-Rzayeva Sevil Abbas qızı, Rzayeva Asimə Abbas qızı aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər. Sürücü H.Quliyev və bacısı, 1985-ci il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!