28 Dekabr, 2015
Sabir Ələsgərlinin səhhətində problem yaranıb

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərlinin səhhətində problemlər yaranıb. Simsar.az saytı xəbər verir ki, bu barədə publika.az-a diktor özü açıqlama verib:  “Qəfildən mədəmdə ağrılar yarandı və xəstəxanaya getməli oldum. Həkimlər mədəmdə yara olduğunu söylədilər. Xəstəxanada qalmaq istəmədim. Hazırda ev şəraitində müalicə olunuram. Dava-dərman qəbul edirəm, pəhriz saxlayıram. Bilmirəm, necə olacaq, amma müalicə səhhətimə müsbət təsir göstərmir. Günü-gündən arıqlayıram, geri gedirəm”.

Xalq artisti səhhəti ilə əlaqədar işə də çıxmır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!