28 Dekabr, 2015
Milli kitabxanada kitab sərgiləri

M.F.Axundov adına Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “31dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür” adlı kitab sərgisi açılıb.Simsar.az xəbər verir ki, sərgi Azərbaycanda neft kimyasının bünövrəsini qoyan kimyaçı-alim, ictimai və siyasi xadim, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin anadan olmasının 110 illiyinə həsr olunub.

Sərgidə alimin əsərləri, haqqında yazılan kitablar, qəzet və jurnal materialları təqdim olunur.

Bundan başqa, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı Yusif Səmədoğlunun anadan olmasının 80 illiyi münasibətilə “Yusif Səmədoğlu-80” kitab sərgisi də açılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!