28 Dekabr, 2015
Rauf Mirqədirova hökm oxunacaq - BU GÜN

Həbsdə olan jurnalist Rauf Mirqədirovun bu gün saat 11.00-a təyin olunan məhkəmə prosesinin vaxtı dəyişdirilib. Bu barədə APA-ya Rauf Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil deyib ki, məhkəmə prosesi saat 16.30-da keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçiriləcək prosesdə Rauf Mirqədirova hökm oxunacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!