26 Noyabr, 2015
Bakı metrosuna nəzarət gücləndirildi - Nardaran hadisəsinə görə

Noyabrın 26-da günorta saatlarında Nardaranda hüquq-mühafizə orqanları ilə “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Hacı Taleh Bağırzadə və tərəfdarları arasında yaşanan insidentdən sonra  Bakı metrosunda stansiyalara giriş-çıxışa nəzarətin gücləndirildiyi bildirilir. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına açıqlamasında hazırda metroda olduğunu bildirib: “Hazırda metrodayam. “28 May” stansiyasından “Həzi Asalanov”a gedirəm. Heç bir sıxlıq müşahidə edilmir. Nəzarət də əvvəlki qaydada aparılır. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib. Narahatlıq üçün heç bir əsas yoxdur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!