25 Noyabr, 2015
Ağstafada yol qəzası - ölənlər var

Ağstafa rayonunun Dağkəsəmən kəndində yol-nəqliyyat hadisəsi baş verib. Simsar.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, kənd sakini Qabil Salıfovun idarə etdiyi “VAZ-21013” və Qazax rayon sakini Səyalı Mirzəliyevanın idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub. Nəticədə Q.Salıfov hadisə yerində ölüb, S.Mirzəliyevanın sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!