24 Noyabr, 2015
Paytaxtda avtobus qəzası - xəsarət alanlar var

Paytaxtda sərnişin daşıyan marşrut qəza törədib. Hadisə Abşeron rayonu ərazisində qeydə alınıb. Simsar.az bildirir ki, 3 saylı şəhər klinik xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, 35 saylı xətt üzrə 20 yanvar metrostansiyası ərazisindən Novxanı istiqamətinə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobilləri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində xəsarət alanlar bunlardır:

 

Səməd Məmmədəli oğlu Hüseynov - 1976-cı il təvəllüdlü

Paşa Yaqub oğlu Əliyev - 1990-ci il təvəllüdlü

İmaməli Məhəmməd oğlu Dadaşov - 1958-ci il təvəllüdlü

Xəsarət alanlardan İmaməli Dadaşov xəstəxananın travmatologiya şöbəsinə yerləşdilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Digər iki şəxs isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!