18 May, 2011
Bəxtiyar Hacıyev 2 il azadlıqdan məhrum edildi

Mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsində keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin işi üzrə yekun proses keçirilib.

Simsar.az-ın məlumatına görə, prosesdə Bəxtiyar Hacıyevə hökm oxunub. Vəkil Elçin Namazov bildirib ki, hakim Emin Axundov B.Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. 

Vəkil qərardan apelyasiya şikayəti veriləcəyini bildirib.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli hesab olunub.

Xatırladaq ki, dövlət ittihamçısı mayın 10-da keçirilən prosesdə B. Hacıyevə 2 il həbs cəzası istəmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!