23 Noyabr, 2015
Borca görə özünü yandırdı

Bakıda intihara cəhd olub. Naxçıvan sakini metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında üzərinə benzin törərək özünü yandırıb. Simsar.az ANS PRESS- ə istinadla bildirir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov bankların filiallarının birinin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Dərhal əraziyə təcili tibbi yardım avtomobili və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Malik Hüseynov əraziyə çağırılan təcili yardım maşını vasitəsilə Respublika Yanıq Mərkəzinə aparılıb.

Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.

Özünü yandıran şəxs borcu olduğu üçün bu yola əl atdığını deyib. AFaktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!