23 Noyabr, 2015
Ruhi xəstənin meyiti tapılıb

Füzuli rayonunda itkin düşən ruhi xəstənin meyiti su kanalından tapılıb. Simsar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 21-də Füzuli rayonunda yaşayan ruhi xəstə Arzu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Böyük Bəhmənli kəndinin ərazisindən keçən su kanalında aşkar olunub. O, noyabrın 18-də itkin düşmüşdü.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!