18 May, 2011
"Beşiktaş" Nihatla vidalaşdı

Türk futbolçunun müqaviləsi pozuldu

"Beşiktaş" Nihat Kahveci ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, İstanbul klubu futbolçunun müqaviləsini qarşılıqlı anlaşma şəraitində pozub. 
Nihat bu gün "Beşiktaş"ın prezidenti Yıldırım Demirörenlə görüşərək, vidalaşıb. Demirören futbolçuya təşəkkür edib və uğurlar arzulayıb. Nihat da bu günə qədər ona dəstək verən "Beşiktaş"ın prezidentinə minnətdarlıq edib və kluba uğur diləyib.
Türkiyə mətbuatına açıqlama verən Nihat "Beşiktaş" azarkeşlərinə təşşəkkür edib, klubdan ayrılmasının səbəbləri barədə danışıb: "Hər kəsə, xüsusən də azarkeşlərə təşəkkür edirəm. Yaxşı oynamasam da, mənə dəstək verdilər. Tək üzüntüm onların dəstəyinin qarşılığını oyunumla verə bilməməyim oldu. Kimsədən inciməmişəm. Hər kəsə haqqımı halal edirəm. "Beşiktaş"dan ayrılmağımın səbəbi nə meydanda etdiyim dava, nə də meydandan kənarda jurnalistlə aramdakı qalmaqal deyil. Gəldiyim gündən bəri tənqid edildim. Məndən gözlənilən oyunu sərgiləyə bilmədiyim üçün belə bir qərar qəbul olundu. İndiyədək oynadığım klublarda başarlı çıxış edib, müqaviləmi bitirdim. Amma "Beşiktaş"a ikinci dönüşümdə istədiyim oyunu sərgiləyə bilmədim".
Nihat karyerası haqqında da danışıb: "İnşallah, yenidən İspaniyada oynayaram. 8 il bu ölkədə çıxış etmişəm. Buna görə də yenidən İspaniyaya dönmək şanasım çoxdu. Amma bizim işdə zəmanət olmur. Hədəfim xarici klubda oynamaqdı. Bu ölkə İspaniya olsa, həm mənim üçün, həm də məni sevənlər üçün daha yaxşı olar".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!