19 Noyabr, 2015
Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir

Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli dekabrın əvvəlində Azərbaycana gələcək. Simsar.az xəbər verir ki bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən Trend-ə bildiriblər. Səfərin məqsədi iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Səfər zamanı T.Xidaşeli azərbaycanlı həmkarı Zakir Həsənov və ölkənin digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!