19 Noyabr, 2015
"Qarabağ" - a növbəti itki

Premyer Liqada "Kəpəz"lə oyunun hazırlıqlarını davam etdirən "Qarabağ"da daha bir futbolçu sıradan çıxıb. Simsar.az klubun saytına istinadən məlumat verir ki, dünən axşam məşqində Alharbi El Jadeyaoui zədələnərək 1 aylıq sıradan çıxıb. Sağ ayaq topuğundan zədələnən futbolçunun ayağı sarğıya qoyulub. Mərakeşli yarımmüdafiəçinin gələn ayın ortalarına meydançaya dönəcəyi ehtimal olunur.

Qeyd edək ki, bundan əvvəl Ağdam təmsilçisinin heyətində Reynaldo Silva və Rəşad Sadıqov zədələnərək sıradan çıxıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!