18 Noyabr, 2015
Qırğızıstanda zəlzələ

Qırğızıstanda 5,7 bal gücündə zəlzələ olub. Simsar.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi Qırğızıstanın Oş bölgəsində baş verən zəlzələnin 5,7 bal gücündə olduğunu açıqlayıb. Episentri Oş şəhərindən 45 kilometr məsafədə yerləşən ərazidə əhali təşviş içində küçələrə çıxıb. İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi olmayıb.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!