18 Noyabr, 2015
Təmas xəttində monitorinq keçiriləcək

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 19-da Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Svedberq və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik-leytenant Den Harvey keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin keçirəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!