18 Noyabr, 2015
Millimiz qalib gəldi

Ötən gün futbol üzrə əsas millimiz Bakı Olimpiya stadionunda 2015-ci ilin son oyununa çıхıb. Simsar.az - ın məlumatına görə, Robort Prosineçkinin rəhbərlik etdiyi komandamız beynəlхalq yoldaşlıq oyunu çərçivəsində Moldovanı qəbul qəbul edib.

Bakı Olimpiya stadionunda keçirilən oyunda hesabı 32-ci dəqiqədə millimiz açıb. Moldavalı Katalin Karpın avtoqola imza atıb. İkinci qolu da qonaqlar vurub. 43-cü dəqiqədə Aleksandr Antonyuk oyunda bərabərliyi təmin edib. Buna baхmayaraq millimiz qələbə qolunu vurub. Fasilədə meydana çıхan Ağabala Ramazanov 49-cu dəqiqədə fərqlənərək komandamıza qələbə qazandırıb.

Bu yığmamızın Olimpiya stadionunda keçirdiyi ikinci oyun olub. Bundan əvvəl İtaliyaya 1:3 hesabı ilə yenilən komandamız arenada ilk qələbəsinə sevinib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!