18 Noyabr, 2015
Pensiyalar artmayacaq - RƏSMİ

"Hazırda əlillərin pensiyalarının artımı mövzusunda danışmaq çətindir. Çünki növbəti ildə əlillərin pensiyalarının artımı ilə bağlı hələ ki gözləntilərimiz yoxdur". Simsar.az xəbər verir ki, bu sözləri Axar.az-a DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov deyib. O, əlillərin pensiya azlığından şikayətlənməsinin əsassız olduğunu bildirib:

“Əlil var ki, hər ay 1000 manata yaxın pensiya alır. Pensiyaların miqdarı eyni deyil, hər kəs ödədiyi sosial sığorta haqqına uyğun olaraq pensiya alır. Bu o demək deyil ki, bütün əlillərin pensiyası azdır”.

Xatırladaq ki, hazırda Fond tərəfindən əlilliyə görə pensiyalar barədə bir sıra məsələlərin müzakirəsi nəzərdən keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!