14 Noyabr, 2015
Fransa terrorunda azərbaycanlı olüb? -XİN araşdırır

Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

Bu barədə Simsar.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. “Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur”-deyə H.Hacıyev qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!