13 Noyabr, 2015
İkibaşlı uşaq dünyaya gəldi

Banqladeşin Brahmanbaria şəhərində yenicə doğulan uşaq görənləri heyrətə gətirib. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, bir bədəndə iki başı və boynu olan qız uşağı noyabrın 11-də dünyaya gəlib.

Doğulan körpənin tənəffüsündə problemlər olduğu üçün hazırda reanimasiyada həkim nəzarətindədir. İkibaşlı uşağın normal vəziyyətə gətirilməsini isə həkimlər mümkün hesab etmirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!