12 Noyabr, 2015
Əli Abbasov işdən azad edildi - SƏRƏNCAM

Simsar.az AzərTac -a istindala bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirini işdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2015-ci il.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!