11 Noyabr, 2015
Dollar və Avro balaşdı

Bu gün noyabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib. Simsar.az -ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,0003 manat və ya 0,3% artaraq 1,0504 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,002 manat və ya 0,18% artaraq 1,1301 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə ötən gün olduğu kimi 0,0163 manat səviyyəsində qərarlaşıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!