10 Noyabr, 2015
Rus Dram Teatrı Sankt - Peterburqda

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə gedib. Teatrdan Simsar.az-a verilən məlumata görə, qastrol zamanı Vasilevskidəki Dövlət Dram Teatrının səhnəsində 2 tamaşa nümayiş etdiriləcək. Noyabrın 11-də xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşu ilə Mixail Lermontovun "Maskarad" tamaşası oynanılacaq.  Bu tamaşada rejissor həm də Arbenin rolunu ifa edir. Xatırladaq ki, tamaşanın premyerası 2013-cü il noyabrın 24-də olub. Tamaşa məşhur rus şairi M.Lermontovun 200 illik yubileyinə həsr olunub. Noyabrın 12-də isə peterburqlular A.Şarovskinin quruluşunda məşhur fransız dramaturqu Jan Rasinin "Fedra" tamaşasını izləyəcəklər. Qastrol səfəri noyabrın 13-də başa çatacaq. Hər iki tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!