10 Noyabr, 2015
"Qəbələ" - nin müdafiəçisi Azərbaycan yığmasında

Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının toplanışına daha bir futbolçu çağırılıb. Simsar.az -ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” klubunun müdafiəçisi Ürfan Abbasov millinin hazırlıq prosesində iştirak edəcək.

Daha öncə "Sumqayıt"dan hücumçu Ağabala Ramazanova dəvət göndərilib. Əvəzində AVRO-2016-nın seçmə qrup mərhələsində 3 qolla Azərbaycan millisinin bombardiri olmuş Almaniya "Karlsrue"sinin yarımmüdafiəçisi Dmitri Nazarov zədəli olduğu üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!