9 Oktyabr, 2015
Sabah yağış yağacaq

Sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacaq. Günün ikinci yarısında dəyişkən buludlu olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az -a  verilən məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, şimal-qərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu Abşeronda gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 10-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz ayı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!