9 Oktyabr, 2015
Bakıda qəza - ÖLƏN VAR

Simsar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobili qəza törədib və nəticədə sürücü Fərzəliyev Fərzəli Baba oğlu hadisə yerində vəfat edib. F.Fərzəliyevin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!