18 May, 2011
FHN-dan Şamaxıya yardım

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Şamaxıya yardım göndərib

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxı rayonunda yağan dolu nəticəsində zərər çəkən evlərin bərpası üçün yardım göndərib.

APA-nın xəbərinə görə, şifer örtüklərinin ilk partiyası bu gün FHN-in Maddi-Texniki Təchizat İdarəsinin Bakıdakı bazasından yola salınıb.

İdarə rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında deyib ki, 19 min ədəd şifer 44 maşınla Şamaxıya göndərilib. Onun sözlərinə görə, bu yardım dövlət başçısının tapşırığına əsasən Şamaxıda zərər çəkən evlərin təmiri üçün nəzərdə tutulub.

Rayonda yağan dolu nəticəsində neçə evə ziyan dəyməsi ilə bağlı yaradılan komissiyanın hazırda araşdırma apardığını deyən A. Teymurov komissiyada nazirlik nümayəndələrinin də təmsil olunduğunu açıqlayıb.

İdarə rəisi qeyd edib ki, ehtiyac yarandığı halda rayona yenidən yardımlar göndəriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!