9 Oktyabr, 2015
7 yaşlı oğlanı maşın vurub - TOVUZDA

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məluma görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Qaraxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 2008-ci il təvəllüdlü Elcan Qasımov yolu keçmək istəyərkən Ramın adlı sürücünün idarə etdiyi “VAZ 2107” markalı avtomobillə vurulub. Qəza nəticəsində 7 yaşlı oğlan ağır bədən xəsarətləri alaraq əvvəlcə Tovuz Mərkəzi rayon xəstəxanasına oradan isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!