6 Oktyabr, 2015
Daha bir gənc qız intihar etdi - LERİKDƏ

Lerik rayonunda gənc qız intihar edib. Simsar.az xəbər verir ki, bu barədə “Report”a Lerik Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, 20 yaşlı Çinarə Novruzova yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq boğaz nahiyəsindən özünə ağır xəsarət yetirib. O, xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə yerindən “İJ-17” markalı ov tüfəngi götürülüb

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!