6 Oktyabr, 2015
"Biri vardı, biri yox" - TAMAŞA

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Yeni səhnə əsərində teatrın gənc aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcəklər.

Tamaşanın premyerası noyabrın 1-də olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!